İnsanlara hürriyət, millətlərə istiqlal!

Dubay əmirindən qaçan şahzadə Haya ərindən 554 milyon funt-sterlinq alacaq - FOTO

685 22.12.2021 09:45 Dünya A A

Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq.

Boşanma prosesinin aparıldığı Böyük Britaniya Ali Məhkəməsinin qərarı çərşənbə axşamı, dekabrın 21-də açıqlanıb.

Hakimlərin qərarına əsasən, bu məbləğin bir hissəsini - 251 milyon funt-sterlinqi keçmiş ər şahzadəyə təzminat kimi ödəyəcək. Daha 290 milyon funt sterlinq onların uşaqları 14 yaşlı Cəlilə və 9 yaşlı Zayedin övladlarının ömürlük dəstəyinə gedəcək. Eyni zamanda, əmir onların təhsili üçün 3 milyon funt-sterlinq, cari xərclər üçün isə 9,6 milyon funt-sterlinq ödəyəcək.

Məhkəmə həmçinin bildirib ki, Dubay əmiri həyat yoldaşı və iki övladı üçün “əsas təhlükədir”

Mənbə: Daily Mail

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR