İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX-nın qazilərdən rüşvət alarkən saxladığı vəzifəli şəxslər hakim qarşısında

1152 25.03.2022 12:00 Kriminal A A

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərfindən həbs edilən vəzifəli şəxslər hakim qarşısına çıxarılır.

Musavat.com xəbər verir ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilmiş maddi təminatların ödənilməsinə görə rüşvət alan Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və digər əməkdaşı Hüseyn Ağayevin cianyət işi üzrə məhkəmə araşdırması Bakı Hərbi Məhkəməsində baş tutacaq.

İşə hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baxılacaq.

Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilir.

Qeyd edək ki, hər iki şəxs həbsdədir.

İlkin Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR