İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirilib

463 08.05.2024 17:47 Ölkə A A

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.

Musavat.com xəbər verir ki, tədbirdə ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirak etmişlər.

Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnik Elşad Nəsirov bu il may ayının 10-da müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün tamam olduğunu diqqətə çatdırmış, milli dövlətçilik ənənələrimizin yenidən bərqərar edilməsi və ölkəmizdə demokratik prinsiplərə əsaslanan hüquqi dövlətin qurulmasının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin doğma Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açmışdır.

Ardınca Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdiyini və Azərbaycanda hüquqi dövlət quruculuğu strategiyasının müvəffəqiyyətlə reallaşdığını vurğulamış, dahi rəhbərin müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərgin əməyindən bəhs etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquqi islahatlar bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonra digər natiqlər - Milli Məclisin deputatı Etibar Əliyev və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər barədə öz çıxışlarını etmiş, belə bir konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq, bu tədbirin Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlik irsinin təbliği baxımından önəminə toxunmuşlar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR