İnsanlara hürriyət, millətlərə istiqlal!

DTX Azərbaycanda terror aktları ehtimalını araşdırır

1494 01.04.2016 19:00 Ölkə A A
Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Türkiyənin habertürk agentliyi tərəfindən Türkiyə və Azərbaycanda terror aktlarının törədiləcəyi ilə əlaqədar yayılan məlumatla bağlı araşdırma aparır.

Virtualaz.org-un məlumatına görə, bunu DTX -nın İctimai Əlaqələr Şöbəsindən bildiriblər.

Xatırladaq ki, həmin məlumatda İŞİD üzvü olan Rusiya vətəndaşı İsa Tupolovun Azərbaycanda və Türkiyədə teraktlar hazırladığı bildirilirdi.

"Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə Azərbaycanın milli maraqlarına və milli təhlükəsizliyinə yönələ biləcək təhlükələrə qarşı bütün zəruri tədbirləri görür", - deyə DTX-dan vurğulayıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR