İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşlər ŞİDDƏTLƏNDİ – “Vaqner"lə generallar arasında QIRĞIN başladı – Üzeyir Cəfərovla Ramil Məmmədli ilə CANLIda

1442 06.06.2023 11:27 Siyasət A A

Cəbhədə vəziyyət yenidən gərginləşməyə başlayıb. Ukrayna ordusu son sutka ərzində bir sıra istiqamətlərdə Rusiyanın 40-dan çox hücumunun qarşısını alıb. Uzun müddətdir gündəlik belə həmlələrin sayı 30-dan az idi.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Liman istiqamətində Beloqorivka ərazisində uğursuz hücum əməliyyatı keçirib. Baxmut yaxınlığında isə İvanovsk istiqamətində irəliləməyə çalışsalar da, buna nail ola bilməyiblər.

Rus ordusu cənubda Avdiv, Severnı və Nevelski istiqamətlərində hücuma cəhd edib. Marin şəhərində də Rusiya qüvvələrinin çoxsaylı hücumları dəf edilib.

"Vaqner" qüvvələrinin çoxu Baxmutdan çıxarılıb.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, son 48 saat ərzində cəbhənin bir çox hissələrində, o cümlədən bir neçə ay ərzində nisbətən sakit olan bölgələrdə döyüşlərdə intensivləşmə müşahidə olunub.

Böyük Britaniya Kəşfiyyatı "Vaqner" qrupu ilə Rusiya Müdafiə Nazirliyi arasında mübahisənin görünməmiş səviyyəyə çatdığını bildirib. "Vaqner"in sahibi Yevgeni Priqojin ilk dəfə olaraq Rusiya ordusunun "Vaqner" birləşmələrinə qarşı qəsdən öldürücü güc tətbiq etdiyini iddia edib.

Bu toqquşmadan sonra "Vaqner" çox güman ki, Rusiya ordusunun briqada komandirini saxlayıb. "Vaqner" qüvvələrinin çoxu hazırda Baxmutdan çıxarılıb. Rusiyanın hərbi ehtiyat hissələri az olduğundan, "Vaqner"in Müdafiə Nazirliyinə necə reaksiya verməsi qarşıdakı həftələrdə münaqişədə həlledici amil olacaq",- Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspertlərin debatında müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

 

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG



Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR