İnsanlara hürriyət, millətlərə istiqlal!

Döyüşçü Rey Kərimoğlu Xətainin qazi icra başçısından danışdı

7651 14.11.2019 14:13 Ölkə A A

"Bu təyinat bizim üçün həm də ona görə əhəmiyyətlidir ki...”

Prezident İlham Əliyev noyabrın 12-də Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Rafiq Quliyev 17 yanvar 1974-cü ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Ərəvsə kəndində anadan olub. 1981-ci ildə Ərəvsə kənd orta məktəbində 1-ci sinfə başlayıb, məlum səbəblərə görə 1988-ci ildə ailəsi ilə birgə Bakı şəhərində məskunlaşıb. 1991-ci ildə Xətai rayonu 204 saylı orta məktəbi bitirib.

1992-1993-cü illərdə Milli Orduda xidmət edib. Ağdərə uğrunda gedən döyüşlərdə güllə yarası alıb. Müharibə veteranıdır.

1993-1999-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında mühəndis iqtisadiyyatı ixtisası üzrə təhsil alıb. 2003-2006-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə kursu fərqlənmə diplomu ilə bitirib.

1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində Ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri vəzifələrində çalışıb.

21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək başçının müavini, 2013-cü ilin dekabrından başçının 1-ci müavini vəzifəsində çalışıb.

Rafiq Quliyevin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin başçısı ile ilgili görsel sonucu

Qazi icra başçısı barəsində “Yeni Müsavat”a danışan qazi jurnalist Rey Kərimoğlu bildirib ki, Rafiq Quliyevi daha öncədən tanıyır: “Rafiq Quliyev bir müddətdir ki, Xətai Rayon İcra Hakimiyyətində çalışır və 1 ilə yaxın idi ki, başçını əvəz edirdi. Onu pis insan kimi tanımamışıq. Səlahiyyəti daxilində qazilərə hər zaman yardım edib. Ən azından onun təyinatı bizim üçün bu baxımdan da əhəmiyyətlidir ki, qapısını döyən zaman bilirsən ki, məmurla yanaşı həm də bir qazinin qapısını döyürsən. Hər zaman çalışıb ki, qazilərə, Qarabağ əlillərinə xoş münasibət göstərsin. Problemi həll edə bilmədiyi zaman isə xoş üzlə yola salmağı da bacarıb. Şəxsi tanışlığım yoxdur. Ancaq bizim Xətai rayon şöbəmiz ondan razılıq edir. Ölkə prezidentinin qazilər, müharibə veteranları ilə bağlı hər zaman açıq verdiyi mesajlar olub. Bildirib ki, onlara qarşı diqqətli olmaq gərək, ədalətsizliyə yol vermək olmaz. Hətta prezident səsləndirib ki, bütün bunlar dövlət başçısı olaraq mənim tapşırıq və tələbimdir. Son zamanlar qazilərlə bağlı xoşagəlməz hallar yaşanırdı. Sosial şəbəkələrdə yayılan videolardan, mətbuatda gedən yazılardan bu barədə hər kəs məlumatlıdır. Söhbət qazilərə əl qaldırmaqdan gedir. Hesab edirəm ki, bütün bu mənfi hadisələrin fonunda Rafiq Quliyevin icra başçısı təyin edilməsi prezidentin bir jestidir. Hər zaman prezident şəhid ailələrinə, veteranlara, qazilərə diqqət göstərib. Bu addım da növbəti diqqət və qayğılardan biridir. Arzu edərdik ki, qazilər digər yüksək vəzifələrdə də təmsil olunsunlar. Ümid edirik ki, onlar da olacaq”.

R.Kərimoğlu son zamanlar dövlət tərəfindən qazilərə edilən yardımlar barəsində də danışıb: “Ötən ilin aprel ayından başlayaraq, şəhid ailələrinin, Qarabağ əlillərinin və onlara bərabər tutulan şəxslərin prezident təqaüdləri nəzərəçarpacaq dərəcədə artırıldı. Eyni zamanda hərbi qulluqçuların da əmək haqqı, hərbi qulluqçuların, Qarabağ əlillərinin pensiyaları da kifayət qədər yüksəldildi. Bütün bunların hamısı dövlət başçısının apardığı siyasətin nəticəsidir. Bu addımlara görə biz ölkə prezidentinə minnətdarlığımızı bildiririk. Eyni zamanda düşünürük ki, bunlarla yanaşı, şəhid ailələrini üzən digər problemlər də öz həllini tapacaq. Arzu edirik ki, bütün icra başçıları yeni təyin olunan icra başçıları kimi davransınlar. Yeni təyin olunan icra başçılarının davranışları bir nümunədir. Onlar camaatın içərisinə çıxıb, qəbul günlərini ləğv ediblər. Bütün bunların hamısı müsbət haldır. Digər icra başçıları da belə davranarlarsa, problemlərin əksəriyyəti həllini tapar”.

Əli RAİS,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR