“Bu gün Bakıda Müşfiqabad qəsəbəsində salınan şəhərciyə Bakı Dövlət Universitetinin yataxanasında və Həmzə Babaşov küçəsindəki Doğum Evinin yarımçıq qalmış binasında məskunlaşan ailələr, Masazırdakı şəhərciyə isə Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan ailələr köçürülür. Bakı Dövlət Universitetinin yataqxanalarındakı məcburi köçkünlərin köçürülməsi artıq bitmək üzrədir, orada az ailə qalıb”.
S.Hüseynovun sözlərinə görə hazırda Mingəçevirdə tikilən 502 ailəlik qəsəbəyə məcburi köçkünlərin yerləşdirilməsi prosesinə başlanılıb.
“Bu proses bitdikdən sonra Dövlət Neft Akademiyasının yataqxanalarında məskunlaşan ailələr Masazırda tikilən şəhərciyə köçürüləcək. Amma hələlik şəxsi evlərdə məskunlaşan məcburi köçkünlərin çıxarılıb başqa yerdə yerləşdirilməsi nəzərdə tutulmayıb. Bununla bağlı sərəncam var, gələcəkdə nəzərə alınacaq”.
Qeyd edək ki, bu gün mediada şəxsi mənzillərdə müvəqqəti məskunlaşana qaçqın-köçkünlərin tezliklə çıxarılacağı barədə xəbər yayılıb.






