İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədrinə yeni səlahiyyət verilib

629 09.07.2019 03:17 Ölkə A A

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədrinin səlahiyyətləri artırılıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Nizamnaməsi”ndə edilən dəyişikliklərdə əksini tapıb.

İndiyə qədər müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və qurumlarının strukturunu, ştat cədvəlini və onların xərclər smetasını təsdiq etmək Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin səlahiyyətinə aid olub. Dəyişikliyə əsasən, bundan sonra Mərkəzin İdarə Heyətinin sədri müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Mərkəzin Aparatının və digər struktur bölmələrinin strukturunu, ştat cədvəlini və xərclər smetasını təsdiq edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR