Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl münasibətilə dövlət qulluqçuları və jurnalistlər arasında futbol yarışı keçirilib.
Musavat.com xəbər verir ki, Keşlə FK stadionunda gərgin idman mübarizəsi şəraitində keçən oyun 6-6 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirib ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir: “İlk olaraq, Prezidentimiz İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edirəm. Təbii ki, bu uğurlar Prezidentimizin idmanın inkişafına yüksək diqqət və qayğısının nəticəsidir. Dövlətimizin başçısı çıxışlarında həmişə deyir ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə idman yarışlarının keçirilməsi önəmlidir. Həmçinin, bu tədbirin baş tutmasında Gənclər və İdman Nazirliyinə, AFFA-ya, Diaspor Komitəsinə, Parlament Jurnalistləri Birliyinə, Milli Məclisin deputatlarına, veteran idmançılarımıza təşəkkürümü bildirirəm ki, bu gün bizimlə birgə futbolda iştirak etdilər. Bu gün hər şey möhtəşəm idi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə də hər kəsi təbrik edirəm. Ümid edirəm ki, yeni ildə bizi daha böyük idman uğurları gözləyir".
Elçin Əkbərov,
Musavat.com,
Fotolar müəllidfindir.






