Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslər üçün müsabiqənin test imtahanı mərhələsi üzrə təkrar elektron sınaq imtahanı keçiriləcək.
DİM-dən Trend-ə verilən məlumata görə, dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı* keçiriləcək. Sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 17 mart tarixində keçiriləcək.
İmtahan saat 10:00-da başlayacaq.






