İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət qulluğuna A və B növü üzrə qəbul olmaq istəyənlər imtahan verir

630 07.03.2021 12:35 Təhsil A A


Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir.

Musavat.com-un Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1 263 olmaqla, ümumilikdə 1 856 namizəd qeydiyyatdan keçib.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhər Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 57 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR