İnsanlara hürriyət, millətlərə istiqlal!

DÖVLƏT MÜKAFATINDAN İMTİNA ETMİŞ NEÇƏ ƏDİBİMİZ VAR?

1790 27.09.2009 08:55 Ölkə A A
Sabir RüstəmxanlıAraşdırma apararkən ilk xatırladığımız fakt millət vəkili Sabir Rüstəmxanlının imtinası oldu. Qeyd edək ki, 1996-cı ildə prezident fərmanı ilə “Şöhrət” ordeni ilə təltif edilən S.Rüstəmxanlı hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq bu yüksək dövlət ödülünü almaqdan imtina etmişdi. Düzdür, sonralar onun Heydər Əliyevin “Şöhrət” ordenindən imtina etdiyi halda İlham Əliyevdən “Xalq şairi” mükafatını alması müxtəlif cür yozuldu. O zaman S.Rüstəmxanlı qəzetimizə müsahibəsi zamanı “Şöhrət” ordenindən imtinanın səbəbini belə izah etmişdi: “1 milyon köçkünü olan ölkədə bu ordeni daşıya bilmərəm. Bir şəxs kimi öz prinsiplərimdən çıxış edərək "Şöhrət" ordenini almadım. Bu niyyət də var idi ki, ziyalı bir az öz müstəqilliyini qoruyub saxlaya bilsin. Hərçənd dostlarım yozdular ki, guya bununla müxalifətçilik reytinqimi qaldırmaq istəyirəm. Həmin yazıları oxuyandan sonra peşman oldum və dedim ki, kaş “Şöhrət” ordenini götürəydim. Amma “Xalq şairi” məsələsi mənim əbədi taleyimdir. Mən ömrüm boyu siyasi fəaliyyətlə yanaşı, ədəbi fəaliyyətlə də məşğul olmuşam. Bu, ədəbi taleyimin bir növ rəsmi etirafı idi".
Seyran SəxavətYazıçı Seyran Səxavət isə hələ sovet vaxtı mükafatdan imtina edibmiş. Bunu özü qəzetimizə bildirdi: “1988-ci ildə "Qızıl teşt"ə görə mənə “Lenin komsomolu” mükafatını vermək istəyirdilər. O vaxt komsomolun 1-ci katibi olan Sahib Ələkbərov Allah şahididir, mən bunu eşidən kimi qəbuluna getdim. Xahiş etdim ki, bu mükafatı mənə verməsinlər, versələr də imtina edəcəyəm. Digər faktı xatırlamıram. Ara-sıra orada-burada imtina faktı eşitmişəm, amma deyəsən, bunu sadəcə, söz olaraq deyirlər. Yəni kimsə evindəki mükafatı aparıb qaytarsın, bunu görməmişəm, eşitməmişəm. Bizdə imtina bir növ şifahi xalq ədəbiyyatı səviyyəsindədir". S.Səxavət Azərbaycanda İrandakı kimi analoji addımların kütləvi olmamasına da münasibət bildirdi: “İranda bu addımı atanlara eşq olsun. Nədənsə imtina etməyin özü böyük işdir. Onlar ölçüb-biçiblər, görüblər ki, uğrunda mübarizə apardıqları amal bütün imtiyazlardan ağır gəlir, ona görə də bu qərarı veriblər”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR