İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsinin sədri: ''Radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər''

1669 07.06.2016 12:14 Ölkə A A
"Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər".

“Report” xəbər verir ki, bunu Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. 

Dini Qurumlarlarla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Multukultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusunda konfransda danışan komitə sədri bildirib ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar: “Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosila şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”.  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR