İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlıları təxribatlara uymamağa çağırıb

Baltikyanı ölkələrdə yaşayan azərbaycanlıların, İsveçrədəki Azərbaycan Diaspor Təşkilatlarının, İspaniya, Skandinaviya ölkələri, Almaniya, Fransa, Niderland və Belçika Azərbaycanlılarının Koordinasiya Şuraları bəyanat yayıblar.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, Azərbaycanda sabitliyi pozmağa yönəlmiş çağırışlar səsləndirmək yolverilməzdir.

Bəyanatda qeyd olunub ki, mövcud sosial-iqtisadi və siyasi sabitlik Azərbaycanı sevməyənləri narahat etməkdədir: “Müxtəlif dövrlərdə bu narahatlıqlar fərqli formalarda özünü büruzə verir. Azərbaycanı sevməyən, öz düşünülməmiş fəaliyyətləri ilə düşmən dəyirmanına su tökən bir qrup insan ermənipərəst qüvvələrdən aldıqları sifarişin əsasında ölkədə sabitliyi pozmağa yönəlmiş çağırışlar edirlər. Növbəti belə bir sərsəm bəyanat Azərbaycan Naminə Demokratiya adlandırılan təşkilat tərəfindən verilib. Özlərini AND Hərəkatı adlandıran bir qrup şəxs Avropa şəhərlərindəki Azərbaycan səfirliklərinin qarşısında aksiyalara başlayacaqları ilə bağlı bəyanat yayıb. Yaşadığı ölkədən, sosial-iqtisadi və siyasi statusundan asılı olmayaraq, Azərbaycan hamımızın vətənidir. Vətənin inkişafı, sabitliyi və beynəlxalq aləmdə layiqli şəkildə tanıdılması milli düşüncəsi olan hər bir şəxs üçün olduqca əhəmiyyətlidir”.

Dövlət Komitəsi azərbaycanlıları yaşadıqları ölkələrdə Azərbaycan xalqı və dövlətini layiqincə təmsil etməyə və təxribatlara uymamağa çağırıb.

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2019

BÜTÜN XƏBƏRLƏR