İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Gömrük Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək

354 27.03.2019 13:12 Ölkə A A

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev martın 30-da saat 10-da Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində (Göyçay şəhəri, Heydər Əliyev prospekti 98) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən musavat.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən - Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Qərb Ərazi Baş Gömrük İdarəsi, Yevlax gömrük postu (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR