İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Gömrük Komitəsi jurnalistlər üçün “Sınıq körpü” postuna media-tur təşkil edib – Fotolar

1475 23.06.2018 15:10 Ölkə A A

Dövlət Gömrük Komitəsi bu gün jurnalistlər üçün Azərbaycanın Gürcüstan ilə dövlət sərhədində yerləşən Tovuz Gömrük İdarəsinin "Sınıq körpü" gömrük postuna media-tur təşkil edib.

Musavat.com bildirir ki, media-turun keçirilməsində məqsəd media nümayəndələrinə gömrük prosedurlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə idarə olunmasını, sərhədkeçmə prosesini, gömrük nəzarəti prosedurlarını əyani şəkildə nümayiş etdirmək, bu proseslərin icrası zamanı şəffaflığın tam təmin olunduğu barədə məlumatlandırmaq olub.

Media-tur çərçivəsində qurum əməkdaşları jurnalistlərə açıqlamasına qeyd edib ki, gömrük postunda bütün proseslər informasiya-kommunikasiya texnologiyalarının tam tətbiqi ilə minimum vaxt ərzində, asan və şəffaf şəkildə həyata keçirilir. Ölkənin gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı xüsusi müşahidə kameraları ilə VAİS-ə daxil edilir və nəqliyyat vasitəsinin çəkisi müəyyən edildikdən sonra "bir pəncərə" sistemi vasitəsilə qeydiyyat işləri qısa zamanda başa çatdırılır. Fiziki baxış keçirildikdən sonra isə mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat gömrük orqanına yola salınır və bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 10-15 dəqiqə ərzində yekunlaşdırılır.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR