İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasının deputatı "miqrantların topasına bir təpik" vurmağı təklif edir

693 24.05.2024 13:45 Dünya A A

“Rusiyada yaşayan miqrantların həyasızlığı onlara qarşı təsirli tədbirlərin görülməsini tələb edə bilər”.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının deputatı Mixail Matveyev bu barədə fikirlərini Telegram-da yayıb və öz paylaşımına “Masturbekov” haqda epiqrafı seçib.

Matveyev miqrantların hücumuna məruz qalan həmkarı, Dövlət Dumasının deputatı Artyom Prokofyevin başına gələnlərə belə reaksiya verib. Prokofyev “VKontakte”də bildirib ki, əvvəlcə iki nəfərə 500 rubl cərimə yazıblar, lakin üçüncünü ümumiyyətlə tapmaq mümkün olmayıb. Hər üç şəxs yalnız hadisənin baş verdiyi Tatarıstan Daxili İşlər Nazirliyinin müdaxiləsindən sonra saxlanılıb.

Matveyev deyib ki, miqrantlar Rusiyada özlərini o qədər azad hiss edirlər ki, özlərinə "sahiblərini təhqir etməyi" rəva görürlər. "Onların hamısına bir təpik vurmağın vaxtı deyilmi?" – deputat ritorik sualla çıxış edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR