İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Duması müvəqqəti əmək mühacirləri haqqında qanun hazırlayır

538 03.07.2024 11:55 Dünya A A

Dövlət Duması Rusiya prezidentinin "Rusiyada iş" ictimai hüquq şirkətinin yaradılması haqqında gələcək fərmanını xarici vətəndaşların bütün məşğulluq sahəsinin dövlət tənzimlənməsi ilə bağlı xüsusi qanunla dəstəkləməyi təklif edir.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Dövlət Dumasının millətlər komitəsinin nəzdində fəaliyyət göstərən müvafiq işçi qrupu artıq belə bir təşəbbüsün konsepsiyasını təqdim edib. Onun məqsədi əmək mühacirlərinin mütəşəkkil işə qəbul yolu ilə və yalnız müvəqqəti olaraq ölkəyə gətirilməsidir. Bununla belə, ekspertlər dərhal bu sənədin özündə təsbit edilmiş bu imperativdən yan keçmək üçün boşluqlar görüblər.

Deputatlar bu qanunu miqrasiya selinə qarşı mübarizə kimi nəzərdə tuturlar.


Rusiya Federasiyasında xarici vətəndaşların məşğulluğunun dövlət tənzimlənməsi haqqında qanun layihəsinin əsas mənası odur ki, əmək mühacirləri federasiyada kök sala, daimi sakinə çevrilə bilməsinlər, əmək qabiliyyətləri yaxşı olduğu müddətdə kölə kimi işləsinlər, daha sonra qayıdıb öz ölkələrinə getsinlər və dövlətdən təqaüd və başqa müavinətlər ala bilməsinlər.

Başqa sözlə, işin gedişatından və açıqlamalardan görünür ki, hazırlanan qanun əmək mühacirlərinin hüquqularını yox, onları işə götürənlərin və dövlətin mənafeyini əsas götürülməsi şərtləri ilə hazırlanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR