İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət doğru olanı edir - daha şəhid gəlməməsi, övladımızı öpməyə utanmamağımız üçün...

1342 23.09.2023 13:21 Yazarlar A A

Reinteqrasiya başlayıb. Ağır prosesdir. Ən ağırı, düşündürücüsü, ağrılısı bilirsiz nədir? Reaksiyalarımız. Haqlı bilinən reaksiyalarımız.

Nəzarətə aldığımız yeni ərazilərdəki ermənilərə humanitar yardım göndərdik. İnsanlarımız deyir, niyə göndəririk, gəbərməlidirlər. Nə qədər oğulumuzu şəhid ediblər, indi onları yallandırırıq...

Antiterror tədbirlərindən sonra hərbçilərimiz, polislərimiz, həkimlərimiz yaralı ermənilərə yardım edir. Bəli, bu bizik, humanist Azərbaycan! 

1f1cbb6f-26c6-4fe2-be1b-04508c738965.jpg (212 KB)

Fəqət, belə rəylər də var: Onlar daim bizə zülm edib axı - niyə yardım edirik?!..

Haqlıyıq...

Bu düşüncələr içərisində dünən gecəyə doğru işdən evə gəlirdim. Qəsəbəmizin şəhidi var, bu gün dəfn edilib. Onun evinin qarşısından keçdim. Bir neçə dəqiqə dayanıb baxdım həyətinə. Çox dayana bilmədim, qəddar adam görüntüm var, amma içimi özüm bilirəm... Dözə bilmirəm övladın atasız qalmasına...  

Screenshot_5.png (915 KB)

Həyətdə dayanıb, facebooka baxanda qonşulardan birinin səhifəsində şəhidimizin fotosunu gördüm - qucağında körpə balası...

Ardınca evə girəndə balaca Aytəkimi qucaqlayıb öpməyə utandım, bacarmadım bu gün bunu. Çünki gözümün önündə idi şəhid qonşumuzun balası ilə fotosu. O balanı atası qucaqlaya bilməyəcək daha. Mən buna görə utandım öz balamı qucaqlamağa bu gün...

30 ildir belə faciələr yaşayır xalqımız.

Ermənini biz adam kimi yaşamağa bütün imkanlarımızla məcbur etməliyik.

Daha şəhid gəlməməsi üçün. Daha analar gözüyaşlı, balalar atasız qalmaması üçün.

Firavan gələcəyimiz üçün mümkün olan hər şeyi etməliyik.

Dövlətimiz erməniyə yanmır, dövlət baba bizim xoşbəxt gələcəyimiz, daha müharibə olmaması üçün bütün gücü ilə çalışır. 

e5e100c9-e1ac-4fce-96a4-3ef91aa81633.jpg (142 KB)

Qan-qadanı bitirməyin optimal yolu ilə addımlayaq.

Reinteqrasiya, sülh bundan sonra evlərimizə şəhid gəlməməsi üçündür...

Balaların atasız, ailələrin başsız qalmaması üçündür.

Övladımızı öpməyə utanmamağımız üçündür...

Elşad MƏMMƏDLİ,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR