İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamentindən Azərbaycan və Ermənistanla bağlı SON DƏQİQƏ açıqlaması

4800 29.06.2023 22:03 Siyasət A A

“ABŞ Dövlət Departamentində Azərbaycan və Ermənistan arasında sülh danışıqları davam edir və danışıqlar konstruktiv keçir”.

“Report”un ABŞ bürosu xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken bu gün görüşün nəticələri ilə bağlı açıqlama verəcək:

“ABŞ dövlət katibi Entoni Blinken bu gün yenidən Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan ilə təkbətək, sonra onların ikisi ilə birlikdə görüş keçirəcək. O, daha sonra görüşün nəticələri ilə bağlı da danışacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR