Dövlət Departamenti azərbaycanlı girovların qaytarılması ilə bağlı çağırış etdiyini təsdiqləyib
ABŞ Dövlət Departamenti ATƏT-in Minsk qrupunun həmsədri Ceyms Uorlik vasitəsi ilə Dağlıq Qarabağ separatçılarına iki azərbaycanlı girovun qaytarılması ilə bağlı çağırış etdiyini bir daha təsdiqləyib.
APA-nın məlumatına görə, Dövlət Departamentinin sözçüsü Cen Psaki Ermənistan xarici işlər naziri Edvard Nalbadyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin girovların geri qaytarılması ilə bağlı müraciət etmədikləri ilə bağlı açıqlamasına belə münasibət bildirib: “Mən bu çağırışı burada mətbuat konfransında etmişəm. Bu isə Dövlət Departamentinin, həmçinin bütün yüksək çinli şəxslərin mövqeyini əks etdirir”.






