İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Departamenti: Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlıq dəyişməyəcək

986 02.10.2014 10:42 Son xəbər A A
“Biz gördük ki, Xəzər sammitinin birgə bəyanatı bu regionda başqa ölkələrin silahlı qüvvələrinin iştirakına yol vermir. Biz Azərbaycanla təhlükəsizlik, terrorizmə qarşı mübarizə sahəsində, NATO çərçivəsində sıx əməkdaşlığı dəstəkləyirik. Biz güman etmirik ki, Xəzər ölkələri prezidentlərinin bəyanatı bu əməkdaşlığa dəyişiklik etsin”, - Dövlət Departamentinin mətbuat katibi Ceyn Psaki Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən   deyib.

“Əvvəllər planlaşdırıldığı kimi, ABŞ Azərbaycanda gəmi inşa edəcəkmi” sualının cavabında Psaki deyib: “Bizim Xəzərdə hərbi iştirakımız yoxdur və bu, planlaşdırılmır”.

Eyni zamanda o, Azərbaycanda hərbi müşavirlərin olması ilə bağlı sualı müsbət cavanlandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR