DÖRD MÜXALİFƏT
Heç ölkədəki çolaqlar da bizim bu çolağın vecinə deyildi, çünki çolaqlar aralarındakı ən şikəst çolağı özlərinə partiya sədri seçmişdi. İllərdir Lütlər partiyasının sədri olan bu lütün dünya vecinə deyildi, əsas o idi ki, bu lüt sədr idi.
Beləcə şən, şad-xürrəm, qorxa-qorxa meşənin içi ilə irəliləyirdilər. Hər dəfə bir ağac yanından keçəndə özlərinin də xəbəri olmadan bir az qocalırdılar. Onlar yalnız meşəyə ağalıq eləyən quldur dəstəsindən qorxurdular. Quldurlar onları tutan kimi ağaca bağlayıb bağırda-bağırda döyür, başlarına min oyun açırlar.
Dəstə yol gedə-gedə söhbətləşir, quldurların zalımlığından müxtəlif nağıllar danışırdılar. Kar dedi, bir dəfə quldurlar məni tutub məftillə ağaca sarıdılar. Nazik çubuqlarla o qədər döydülər ki, uzun müddət qulağım eşitdi. Gördüm biri deyir, bunlar qudurublar, bilirsənmi, imkanları olsa, başımıza çox oyun açarlar. Qulaqları eşitsə, hər şeyi başa düşər, birləşib hətta meşəni əlimizdən alarlar.
Kor dedi, bir gün ağaclardan tuta-tuta gedirdim. Birdən kimsə arxadan badalaq verib məni yıxdı. Bir dəstə quldur üstümə tökülüşüb məni ağaca bağladı. O qədər şillələdilər ki, gözlərim açıldı. Məni beləcə ağaca bağlı qoyub getdilər. Bir neçə gün huşsuz qaldım. Təsadüfən qonşu meşənin bir adamı yanımdan keçirmiş. Məni ağacdan xilas eləyib üzümə su səpib. Özümə gələndə yenə gözlərim tutuldu.
Çolaq dedi, dostlar, bir gün səhər vaxtı atıla-atıla cığırla gedirdim. Heç kimlə işim yox idi. Qəfildən ağacların dalından bir dəstə quldur çıxıb məni qovmağa başladı. Axşama yaxın məni tutdular. Ağaca bağlayıb o qədər döydülər ki, ah-nalə səsinə Məcnunun başına yığılan kimi, vəhşi heyvanlar başıma yığıldı.
Lüt də öz əhvalatını yoldaşlarına nəql eləyəsi oldu. Dedi, dostlar, siz yaxşısınız, mən tamam meşənin kənarı ilə yol gedirdim. Haradan çıx, haradan çıxma, bir dəstə quldur tökülüşdü. Əvvəlcə üstümü yoxlayıb silah axtardılar. Baxdılar ki, heç nəyim yoxdu. Saldılar suya. İslatdılar-döydülər, islatdılar-döydülər... Yarımcan eləyəndən sonra məni eləcə çayın içinə atıb dağılışdılar...
Birdən kar əllərini yuxarı qaldırıb pıçıltıyla dedi: “Dayanın, nəsə, şıqqıltı eşidirəm”.
Hamısı qorxudan tərpənməz qaldı. Kor dedi: “Sən öl, görürəm, odey uzaqdan gəlirlər”.
Lüt dəhşətə gəlmişdi: “İnsafsız köpəyuşağı, gəlib bizi soyacaqlar”.
Çolaq onları tələsdirdi: “Qaçaq ee, qaçaq”.
Quldurlar uzaqdan onların qaraltılarını görüb qaça-qaça gəlirdilər. Yaxınlaşdıqca vəhşi səs-küyləri eşidilirdi: “Ayırın onları, hərəsini bir cığıra salın, qoymayın birləşməyə”.
Kar bu tərəfə, kor o tərəfə, çolaq şu tərəfə, lüt isə su tərəfə qaçdı. Hərəsi özünü bir yerə verib yoxa çıxdılar. Karın gizləndiyi zağadan porsuq çıxıb ona belə dedi: “Siz niyə birləşmirsiniz?” Kar porsuğun üstünə təpindi: “Kimnən birləşim, kornan, çolaqnan, yoxsa lütnən?”
Korun gizləndiyi çürük ağacın oyuğundakı cırcırama düz onun qulağının yanına gəlib cırıldadı: “Siz niyə qaçırsınız? Birləşsəniz quldurları meşədən qova bilərsiniz”. Kor cırcıramaya tərəf dönüb qəzəblə dedi: “Sən get cırıldamağının dalınca! Kimnən birləşim? Karnan? Çolaqnan? Lütnən?”
Çolağın gizləndiyi kolluğun arasından dovşan çıxıb ona yumşaq səslə belə dedi: “Siz birləşsəydiniz quldurları meşədən rahat qovardınız, özünüz də qaçıb gizlənməzdiniz”.
Dovşanın məsləhəti çolağı özündən çıxardı: “Kimnən birləşim? Karla? Bəlkə korla birləşim? Yoxsa lütlə birləşməliyəm? Birlik yaratmaq istəyən varsa, qoy gəlib mənə birləşsin! Vəssalam”.
Lüt qaçıb yekə bir ağacın başına çıxmışdı. Dələ yaxınlaşıb ona belə dedi: “Ay yazıqlar, birlik yaratmasanız, hamınız həm lüt, həm kar, həm kor, həm də topal olacaqsınız”. Lüt tum çırtlayan dələyə tərəf çevrilib “Düz deyirsən, ancaq lider mən olmalıyam” - deyə pıçıldadı...