İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd gürcü Yunanıstanda 200-ə yaxın mənzil soyub

1114 28.03.2018 21:05 Kriminal A A

Çərşənbə günü keçirilən brifinqdə Gürcüstanın DİN-nin kriminal polisinin rəisi Mamuka Çelidze xəbər verib ki, Afinada dörd Gürcüstan vətəndaşı mənzil soyğununda ittiham olunaraq saxlanılıb.

Oxu.Az bildirir ki, onun sözlərinə görə, Gürcüstanın hüquq-mühafizə orqanlarının yunan həmkarları ilə birgə apardıqları üç aylıq əməliyyat nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər Yunanısan ərazisində 200-ə yaxın mənzildə soyğunçuluq törədiblər.

“Dörd nəfərin evində və avtomobillərində aparılan axtarış nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən maddi sübut kimi müxtəlif tipli odlu silah, pul və oğurluq əşyalar müsadirə edilib”, - M.Çelidze bildirib.

Onun fikrincə, Yunanıstan qanunlarına əsasən saxlanılmış şəxsləri 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR