Donetskdə təhlükəsizlik xidməti idarəsinin binası qiyamçılardan təmizləndi
Donetskdə Təhlükəsizlik Xidməti İdarəsinin binası qiyamçılardan təmizlənib. Musavat.com xəbər verir ki, bunu Ukraynanın milli təhlükəsizlik və müdafiə şurası katibinin müavini Viktoriya Syumar İCTV telekanalının efirindən bildirib. O deyib ki, binanın boşaldıldığı barədə məlumatı Ukrayna prezidentlərinin səlahiyyətlərini icra edən Aleksandr Turçinovdan alıb. "Donetskdə TXİ-nin binası azad edilib. Allaha şükür, tələfat olmayıb".
Xatırladaq ki, dünən Donetskdə Rusiyameylli qiyamçılar bir neçə dövlət orqanının binasını ələ keçiriblər.






