İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetskdə küçə döyüşləri gedir, ağır itkilər var: hədəf haradır? QAT sədri Akif Nağı ilə CANLI yayın

1185 30.05.2022 14:34 Gündəm A A

 

Ukraynanın şərqindəki Severodonetsk və Lisiçansk şəhərlərinə Rusiyanın təzyiqi artır. Yaxınlıqdakı Liman şəhərinin artıq tutulduğu iddia olunur. Ukrayna isə strateji ərazilərin hələ də müdafiə olunduğunu deyir. Luqansk vilayətinin qubernatoru Serger Qayday son saatlarda Lisiçanskda vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini, itkilər, yaralılar olduğunu deyib.

Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya qüvvələri Severodonetskdə hücum əməliyyatı həyata keçiriblər.

Qayday isə Donetsk çayı sahilində yerləşən şəhərdə küçə döyüşləri getdiyini bildirib. Qayday mayın 30-da deyib ki, Rusiya qüvvələri çox ağır döyüşlərlə Severodonetskə girir. Onun sözlərinə görə, 1 milyon insan qazsız, susuz qalıb, dinc sakinlərin çıxarılması davam edir.

Zelenski mayın 29-da televiziya ilə çıxışında deyib ki, Severodonetksdə binaların 90 faizinə ziyan dəyib, şəhərdəki yaşayış binalarının üçdə ikisi tamamilə dağıdılıb. “Severodonetski tutmaq işğalçıların əsas tapşırığıdır. Bu hücumun qarşısını kəsmək üçün əlimizdən gələni edirik”, – Zelenski Rusiya qüvvələri haqda deyib. Rusiyanın hədəfi nədir?
TVMusavat-ın saat 14:45-də canlı efirində Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Həftə içi” verilişində gündəmi dəyərləndirir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR