İnsanlara hürriyət, millətlərə istiqlal!

Donetsk Yanukoviçi Maydana qarşı güc tətbiqinə çağırdı (Video)

1784 25.01.2014 21:22 Dünya A A
Bu gün Ukraynanın Donetsk şəhərində prezident Viktor Yanukoviçin rəhbəri olduğu Regionlar Partiyasının tərəfdarlarının mitinqi keçirilib. 
ANS PRESS “UNİAN”a istinadən bildirir ki, mitinqdə 600-ə yaxın adam iştirak edib. Əsasən Donetskin müəssisələrindən gəlmiş mitinq iştirakçıları prezidentin siyasətini dəstəklədiklərini bildiriblər. Bir sıra mitinq iştirakçıları Kiyev Maydanına qarşı sərt tədbirlər görməyə çaığırıblar. 

Donetskdə yerləşən “Promstroyniiproekt” elmi-tədqiqat institutunun direktoru Stanislav Malikov bildirib: “Güc tətbiq edənlərə qarşı güc tətbiq etmək lazımdır. Onlarla danışıq aparmaq olmaz. Onların məqsədi ayrıdır”. Daha sonra o, Maydana qarşı güc tətbiq edən güc strukturlarını qəhrəman adlandırıb: “Bizim güc sturturları - bizim qəhrəmanlardır. Onlar məhz güc tətiq etmək üçün “güc strukturları” adlanırlar”. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR