İnsanlara hürriyət, millətlərə istiqlal!

"Donetsk xalq respublikası" seçkilərdə iştirak etməyəcək

827 19.05.2014 11:14 Son xəbər A A
“Donetsk xalq respublikası” qarşıdan gələn prezident seçkilərində iştirak etməyəcək.”

Avropa.info-nun Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qondarma Donetsk "xalq respublikası"nın qubernatoru Pavel Qubrayev jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə seçki legitim deyil və Ukrayna konistitusiyasının 103-cü maddəsinə ziddir: “Belə bir seçkinin bizim “azad” ölkəmizdə keçirilməsi qanunsuzdur, mən hesab edirəm ki, rəsmi Kiyev belə bir qanunsuz seçkinin Donetskdə keçirilməsinə cəhd belə etməməlidir”.
Qondarma Qubernator ABŞ və Avropanın Ukrayna seçkilərini dəstəkləyəcəyinə şübhə etmədiyini bildirib və əlavə edib ki, ABŞ və Qərb Donteskdə yaşayan insanların da öz müqəddəratını həll etmə hüququnu tanımalıdır.

Qeyd edək ki, bir neçə gün öncə Donetsk qubernatoru Serqey Tratua bəyanat verərək, Ukraynada keçirilən prezident seçkilərini dəstəklədiyini bildirmişdi və qeyd etmişdi ki, onun seçkiyə dəstək verməsi bəzi dairələri narahat edib, bunla bağlı qubernator hətta təhdid olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR