İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Trampın vəkili onun seçki qərargahı üzvlərinin Rusiya ilə bağlantı qurduğunu etiraf edib

544 17.01.2019 14:27 Dünya A A

ABŞ prezidenti Donald Trampın vəkili Rudolf Culiani onun seçki qərargahının bütün üzvlərinin Rusiya ilə əməkdaşlıq etmədiyinə təminat verə bilməyəcəklərini söyləyib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, vəkilin sözlərinə görə, onun bütün sözləri prezidentlə bağlıdır. Buna baxmayaraq, ittiham tərəfinin Donald Trampın qərargahının Rusya ilə əlbir olaraq Demokrat partiyasının serverini sındırması ilə bağlı əlində heç bir sübutu yoxdur.

“Lakin mən heç vaxt rusların qərargahla və ya onun ayrı-ayrı üzvləri ilə əlbir olmadığını deməmişəm”, - deyə R.Culiani gözlənilməz bəyanat verib.

Rudolf Culianinin son müsahibəsi bu vaxta qədər Kremllə qeyri-qanuni münasibətlər qurduğunu inkar edən Donald Trampın yaxın ətrafı üçün pis əlamət sayıla bilər.

Bu arada demokratların Trampın Putinlə söhbətində iştirak edən tərcüməçiləri Senat və Nümayəndələr palatasının komitələrində keçiriləcək dinləmələrə gətirmək niyyəti getdikcə ciddiləşir.

ABŞ Senatının beynəlxalq əlaqələr komitəsinin sədri Robert Menendez, habelə silahlı qüvvələr üzrə komitə sədri Cek Rid prezident Donald Trampa məktub göndərərək ondan tərcüməçilərini Konqres tərəfindən dinlənilməsi barədə izn verilməsini tələb ediblər.

“The Hill” saytının məlumatına görə, senatorları əsas maraqlandıran iki prezidentin 2018-ci ildə Helsinkidə apardığı danışıqlardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR