ABŞ prezidenti Donald Trampın fikrincə, əgər bu ilin noyabr ayının 3-də Demokrat partiyasının namizədi Co Bayden qalib gəlsə ölkə dərin depressiyaya girəcək.
Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, o bu barədə Nevada ştatında tərəfdarları qarşısında çıxış edərkən danışıb.
“Əgər siz C.Baydenə səs versəniz, o bütün iş yerlərinizi Çinə verəcək, sizi gələcəyinizi virusa təslim edəcək. Ölkə isə qapanacaq”,-deyə Ağ Evin rəhbəri bildirib.
“Co Bayden alimlərin sözlərinə daha çox qulaq asdığını deyir. əgər mən ancaq alimləri dinləsəydim indi tam böhranda olardım,”-deyə prezident müxalif rəqibini tənqid edib.
Donald Trampın iddiasına görə, Demokrat partiyası iqtidarı dövründə vətəndşaları ağır vergi yükü gözləyir. “Qarşıdan gələn seçim “möhkəm sərhədlərlə” “sərhədsiz Amerika”, “rekord müddətə virusa qarşı peyvəndin əldə edilməsi” ilə “ölkənin qapanması” arasında olacaq”,-deyə prezident vətəndaşları öz fikirlərinə inanmağa çağırıb.
ABŞ prezidenti bundan başqa rəqibini dünyada “ən darıxdırıcı adam” kimi qələmə verib.
Musavat.com






