İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp doğum hüququ ilə vətəndaşlığı ləğv etmək niyyətindədir

1001 31.10.2018 09:35 Son xəbər A A

ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatlar ərazisində ölkə vətəndaşı olmayan və qeyri-qanuni mühacirət edən şəxslərin doğulmuş övladlarına avtomatik olaraq vətəndaşlıq verilməsini ləğv edən sərəncam imzalamaq istəyir.

Prezident HBO kanalında Axios proqramında verdiyi müsahibədə xüsusi sərəncamla bu zəmində vətəndaşlıq verilməsini ləğv etmək istədiyini bildirib. “Proses başlayıb. Bu, baş verəcək”-deyə o bildirib.

“Biz dünyada yeganə ölkəyik ki, kimsə buraya gəlir, onun övladı olur və bu uşaq bütün imtiyazları əldə edərək Birləşmiş Ştatların vətəndaşına çevrilir. Bu ağlasığmazdır. Buna son qoymaq lazımdır”, Tramp bildirib.

 

Tramp deyib ki, o, məsələni öz vəkili ilə müzakirə edib və vəkil ona bu hüququn ləğvi üçün konstitusiyaya düzəlişə ehtiyac olmadığını bildirib.

Trampın mənsub olduğu Respublikaçılar partiyasında qanunvericilər məsələyə müxtəlif yanaşma nümayiş etdiriblər.

Respublikaçı senator Lindsi Qraham Twitter səhifəsində prezidentin fikrinə dəstək bildirib.

 
Lindsey Graham
 
@LindseyGrahamSC
 
 

Finally, a president willing to take on this absurd policy of birthright citizenship.

Fox News
 
@FoxNews
 

Breaking News: @POTUS, in interview, says he plans to sign executive order ending birthright citizenship for babies of non-citizens https://www.foxnews.com/politics/trump-says-he-plans-to-sign-executive-order-ending-birthright-citizenship 

 

 

“Nəhayət, prezident doğum hüququ ilə bağlı bu absurd siyasətə son qoymaq istəyir”, senator yazıb.

O, eyni təkliflə qanun layihəsi təqdim etməyi planlaşdırdığını bildirib.

Lakin əhalisinin yarıdan çoxunu xaricilərin təşkil etdiyi Florida ştatını təmsil edən konqresmen Karlos Kurbelo deyib ki, prezident bu hüququ sərəncamla ləğv edə bilməz, çünki o, Konstitusiyadakı düzəlişə əsasən müdafiə olunur.

 
Carlos Curbelo
 
@carloslcurbelo
US House candidate, FL-26
 
 

Birthright citizenship is protected by the Constitution, so no @realDonaldTrump you can’t end it by executive order. What we really need is broad immigration reform that makes our country more secure and reaffirms our wonderful tradition as a nation of immigrants.

Reuters Top News
 
@Reuters
 

Trump to push executive order to end birthright citizenship: report https://reut.rs/2Q5jW3q 

 

 

“Bizim ölkəmizi daha təhlükəsiz edəcək və mühacirlər ölkəsi kimi gözəl ənənəmizi yaşadacaq genişmiyqaslı mühacirət islahatlarına ehtiyacımız var”-deyə o, Twitter səhifəsində yazıb.

Konstitusiya üzrə mütəxəssislər hakimlərin məsələnin hüquqi tərəfi ilə bağlı müzakirələrinin qaçılmaz olduğunu və əsas məsələnin 14-cü düzəlişin necə izah ediləcəyi olacağını bildirirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR