İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Trama sui-qəsddə ölənlərin sayı açıqlandı, hadisənin təfərrüatları bəlli oldu! FOTO

2581 14.07.2024 06:36 Hadisə A A

ABŞ-nin Pensilvaniya ştatında mitinq zamanı prezidentliyinə namizəd Donald Trampın yaralanması ilə nəticələnən silahlı insidentin təfərrüatları bəlli olub.

Musavat.com “Report”a istinadla  xəbər verir ki, dairə prokuroru Riçard Qoldingerin yerli mətbuata açıqlamasında hadisədə ümumilikdə iki nəfərin öldüyünü bildirərək onlardan birinin mitinq iştirakçısı, digərinin şübhəli şəxs olduğu vurğulayıb.

Hadisədə qulağından yüngül yaralanan 76 yaşlı siyasətçi xəstəxanaya yerləşdirilib, onun həyati təhlükəsi yoxdur.

Olaydan sonra bir sıra ölkə liderləri bəyanat yayaraq insidenti pisləyiblər. Prezident, həmçinin Trampın seçkilərdəki rəqibi Cozef Bayden də hadisəni pisləsə də, bunu “sui-qəsd cəhdi” adlandırmağa tələsməyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR