İnsanlara hürriyət, millətlərə istiqlal!

Dollar ucuzlaşdı, qızıl kəskin bahalaşdı

11542 09.04.2020 22:36 İqtisadiyyat A A

ABŞ Federal Ehtiyatlar Sistemi(FED) iqtisadiyyata 2,3 trilyon dollarlıq əlavə dəstək paketini açıqladıqdan sonra dünya bazarlarında qızılın qiymətində kəskin artım qeydə alınıb. Belə ki, FED-in iqtisadiyyata əlavə pul buraxması xəbəri dolların ucuzlaşmasına səbəb olub – dolların dünyanın 6 əsas valyutasına qarşı dəyərini ifadə edən ICE U.S. indeksi 0,56 faiz aşağı düşüb.

Qızıl isə dolların əksinə bahalaşmağa başlayıb. Comex-də iyun ayının müqavilələri üzrə qızılın bir unsiyasının qiyməti 3,6 faiz bahalaşaraq 2012-ci ilin sonundan bəri ilk dəfə olaraq 1744,6 dollara çatıb. Bu həftənin əvvəlindən isə qızıl 5 faiz bahalaşıb.

Dünya bazarında gümüşün may müqavilələri üzrə qiyməti 4,5 faiz artaraq 1 unsiya üçün 15,895 dollara çatıb.

Platinin iyul müqavilələri üzrə qiyməti isə 2,2 faiz artıb 749,6 dollar olub.

 

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR