İnsanlara hürriyət, millətlərə istiqlal!

DİVERSİYA QRUPU BARƏDƏ DEZİNFORMASİYA?

2518 06.03.2010 15:58 Son xəbər A A
"Ermənistan Müdafiə Nazirliyinin Azərbaycanın diversiya qrupunu zərərsizləşdirdiyi haqqında yaydığı məlumat tamamilə yalan və uydurmadır", - Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Abbas Şirinov şənbə günü Trend News-a məlumat verib.
"Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları Azərbaycan diversiya qrupunu zərərsizləşdirib", - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Novosti Armeniya" agentliyinə məlumat verilib.
Məlumata əsasən, martın 3-dən 4-nə keçən gecə Azərbaycandan Ermənistanın Tavuş vilayətinin Koti kəndi yaxınlığında 5-6 nəfərdən ibarət silahlı diversiya qrupu Ermənistan ərazisinə soxulub.
"Ermənistan tərəfinin xüsusi tədbirlər görməsi nəticəsində qrup zərərsizləşdirilib, Azərbaycan tərəfindən itki var. Bir cəsəd Ermənistan tərəfində qalıb, bir ağır yaralı diversant xəstəxanaya aparılarkən həlak olub, daha bir cəsəd neytral zonada qalıb", - məlumatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına əsasən, diversiya qrupunun digər üzvləri sərhədi keçərək qaçmağa nail olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR