İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktor əlil vətəndaşın övladını niyə məktəbə götürmür?

736 09.10.2014 08:44 Ölkə A A

Onun sözlərinə görə, son 10 gündə hər gün liseyə gedərək, direktor Fikrət Xəlilovun qəbuluna düşmək istəyib, ancaq cəhdləri nəticəsiz qalıb. Şikayətçi son olaraq da Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə məktub ünvanladığını bildirdi. Həmçinin Xətai Rayon Təhsil Şöbəsinin rəisi Ülfət müəllimin də qəbuluna düşdüyünü, lakin heç bir müsbət dəyişiklik olmadığını bildirdi. Çarəsiz ata dərs ilinin başlanmasından bir aya yaxın vaxt keçsə də övladının hələ də məktəbə qəbul edilməməsindən narahatdır: “2-ci qrup əliləm, özüm oxumamışam. 

Fəhləlik edərək ailəmi güclə dolandırıram. Mən qızımın yaxşı məktəbdə oxumasını istəyirəm. Ancaq dərs ilinin başlanmasından 1 ay ötüb. Qızım hələ də əlinə çanta alıb məktəbə getməyib. Bunun səbəbkarı isə Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına liseydir. Bununla bağlı Prezident Administrasiyasında Fatma xanımın qəbulunda oldum. Mənə bu problemi həll edəcəyini desə də, heç bir müsbət dəyişiklik olmadı. Həmçinin təhsil şöbəsində Ülfət müəllimin qəbulunda da oldum. O da mənə 4 günə xəbər edəcəyini bildirdi. Ancaq bir xəbər yoxdur. Mehriban Əliyevanın qəbuluna yazılmışam. Əgər alınsa, ayın 10-da qəbula düşüb dərdimi demək istəyirəm”.

Günel MANAFLI




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR