İnsanlara hürriyət, millətlərə istiqlal!

Direktor aktrisa Gülnar Əlizadənin ölümündən DANIŞDI: “Ağzından köpük gəlib...”

1222 18.07.2022 13:43 Hadisə A A

“Dünən günün ikinci yarısı halı pisləşib. Yeməkdən sonra özünü pis hiss edib, ağzından köpük gəlib”.

Musavat.com xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan aktrisa Gülnar Əlizadənin ölümündən danışarkən deyib.

Onun sözlərinə görə, aktrisaya ürək çatışmazlığı diaqnozu qoyulub:

“Dərhal təcili yardım çağırıblar. Deyəsən, təcili yardım gec gəlib. Xəstəxanaya aparıblar. Orada dünyasını dəyişib. Həkimlər ona ürək çatışmazlığı diaqnozu qoyublar, amma bir azdan konkret ölüm səbəbi açıqlanacaq”.

İntiqam Soltan bildirib ki, aktrisanın iki yaşında qızı qalıb:

“Çox tərbiyəli, nümunəvi bir aktrisa idi. 29 yaşı vardı. Kollektiv olaraq çox pis olmuşuq, övladını itirən ata necə olar, indi mən də eləyəm”.

Qeyd edək ki, Bakı Uşaq və Gənclər Teatrının 29 yaşlı aktrisası Gülnar Əlizadə vəfat edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR