İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏTLİ OLUN - Elan saytlarında istismara yararsız qaz balonları satılır VİDEO

519 20.01.2025 02:19 Ölkə A A

Elan saytlarında istehsalı illər öncə dayandırılmış və istismara yararsız qaz balonları satılır. Satışa çıxarılan balonlar əsasən istismar müddəti başa çatmış Rusiya istehsalı olan balonlardır.

Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, sözügedən balonların istismar müddəti illər öncə başa çatıb.

Belə balonlardan istifadə edənlərin isə diqqət etməli olduğu məqamlar var.

Ekspert bildirib ki, satışa çıxarılan və yeni kimi təqdim olunan qaz balonları adətən restavrasiya olunmuşlardır. Bu balonları da alarkən xüsusi sertifikatının olmasına diqqət etmək lazımdır.

Elmar Nurəliyev əlavə edib ki, qaz balonu istifadəçiləri təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Buna balonun yerləşdiyi yer, otaq temperaturu, borusunun uzunluğu kimi amillər aiddir. Həmçinin bir otaqda yalnız bir balon ola bilər və otağın temperaturu 35 dərəcəni keçməməlidir.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR