İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Bakı sakinlərinin NƏZƏRİNƏ! Sabah saat 06:00-dək...

2870 17.03.2022 15:10 Gündəm A A

Bakı şəhərində velosiped yollarının salınması layihəsi çərçivəsində bu gün axşam saat 22:00-dan sabah səhər saat 06:00-dək Səbail rayonu Üzeyir Hacıbəyli küçəsinin Puşkin, Rəşid Behbudov küçələri Azadlıq prospekti ilə kəsişmələrində müvafiq nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Qeyd olunan vaxt kəsiyində sözügedən kəsişmələrdə hərəkət xətlənmə işlərinin aparılacağı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq. Agentlik sürücülərdən qeyd olunan vaxt müddətində işlərin aparıldığı ərazilərdə hərəkətdə olarkən diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR