İnsanlara hürriyət, millətlərə istiqlal!

Dini radikalizm insan hüquqlarına qarşı- Əntiqə Qurbanova şərh edir VİDEO

313 14.09.2020 18:29 Ölkə A A


Dində insan hüquqlarının necə qorunması, dini dəyərlərin üstünlük təşkil etdiyi cəmiyyətlərdə insan haqları ilə bağlı vəziyyət, dini radikalizm məsələsi və onun cəmiyyətdə yaratdığı problemlər, terror və zorakılıq, ona qarşı mübarizə, gerçək dini dəyərlərə zidd olan radikalizm hər zaman dünyanın bir çox ölkələrinin, həmçinin Azərbaycan cəmiyyətinin ağrılı problemlərindən olub. Bu istiqamətdə həm dövlət, həm vətəndaş cəmiyyəti, həm də mətbuat tərəfindən xeyli iş görülsə də, hələ də problem tam olaraq həllini tapmayıb. Bu istiqamətdə ən vacib məsələlərdən biri də davamlı maarifləndirmə işlərinin aparılması, gender problemlərinin ictimai müzakirəyə çıxarılaraq gündəmdə saxlanılmasıdır.

Məhz bu səbəbdən Müsavat TV-nin informasiya dəstəyi ilə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi “Dini radikallığın insan hüquqlarına etdiyi mənfi təsirlərin aradan qaldırılması üçün maarifləndirici internet TV verilişlərinin təşkili” layihəsi həyata keçirilir.

Layihə çərçivəsində bu sahənin ekspertləri ilə verilişlər hazırlanaraq izləyicilərə təqdim olunur.
Bu dəfəki qonağı Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin nümayəndəsi, ekspert Əntiqə Qurbanovadır. Dini radikalizmin insan hüquqları ilə bağlı yaratdığı problemlərdən bəhs edən  verilişi daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.


Nərgiz LİFTİYEVA
Məğrur Mərd

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR