İnsanlara hürriyət, millətlərə istiqlal!

DİNİ KOMİTƏ İRADLARA CAVAB VERİB

1116 31.01.2012 16:13 Son xəbər A A

Komitə qeyd edir ki, qanunvericiliyə əsasən, 2009-cu ilin sentyabr ayından dini qurumların ilkin qeydiyyatı ilə yanaşı əvvəllər qeydiyyatdan keçmiş dini qurumların yenidən qeydiyyatdan keçmə prosesi başlayıb: “Ötən iki il ərzində heç bir ayrı-seçkiliyə, ləngitmə hallarına və digər qanunsuzluqlara yol verilmədən 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib. Onlardan 20-si qeyri-islam təmayüllüdür. 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan 2-si nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçib. Sənədləri qanunvericiliyin tələbinə uyğunlaşdırmaq üçün 191 islam təmayüllü dini icmanın sənədi Qafqaz Müsəlmanları İdarəsinə geri qaytarılıb.

İcmalda qeyd edilən vahid məktəbli formasına keçidlə bağlı yaranmış hicab probleminə dair bildiririk ki, qadınların orta ümumtəhsil məktəblərində və universitetlərdə hicab taxmalarının qarşısının alınması Təhsil Nazirliyinin və təhsil müəssisələrinin səlahiyyətlərinə aiddir. Bu məsələ “Təhsil haqqında” qanunla tənzimlənir. Qanuna əsasən, Azərbaycan Respublikasının bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyil. Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycan Respublikasında da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz.

Hesabatda qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədri Möhsüm Səmədovun və digərlərinin həbsinə dair qeydlə bağlı bildiririk ki, baş vermiş hadisələr kriminal xarakter daşıyır və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tamamilə əsassızdır”.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR