İnsanlara hürriyət, millətlərə istiqlal!

"Dinamo"nun sabiq baş məşqçisi: "Emreli komandaya tez uyğunlaşdı"

674 17.04.2022 19:02 İdman A A

"Görünür, Emreli komandaya tez uyğunlaşdı".

"Report"un məlumatına görə, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun sabiq baş məşqçisi Branko İvankoviç Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Zaqreb təmsilçisindəki çıxışı barədə danışarkən deyib.

68 yaşlı mütəxəssis bildirib ki, 25 yaşlı hücumçu vurduğu qollarla komandanın qələbələrinə öz töhfəsini verir: "Arsen Vengerin dedikləri yaxşı yadımdadır: hər oyunçuya - hətta o, ən yaxşı olsa belə - minimum 8-9 ay vaxt lazımdır. Emreli azarkeşlərin titul gözlədiyi kluba gəlib. O, "Riyeka" və "İstra" ilə matçlarda sonradan meydana daxil olaraq fərqlənib. İlk qolu daha önəmli idi. Çünki bundan sonra "Dinamo" geridönüş etdi".

Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR