İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN Xızıdakı müəmmalı ölümlə bağlı məlumat yaydı: “Yıxılıb”

1429 17.12.2015 13:46 Hadisə A A


Daxili İşlər Nazirliyi Sumqayıt şəhər sakini Tahir Cabbarovun ölümü ilə bağlı rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, dekabrın 15-də Xızı rayonunun Şuraabad kəndindəki istirahət mərkəzlərindən birində təmir işləri aparan Sumqayıt şəhər sakini Tahir Cabbarov damdan yıxılması nəticəsində xəstəxanaya yerləşdirilib və dekabrın 16-da orada ölüb. Araşdırma aparılır.

Qeyd edək ki, Tahir Cabbarovun ailəsi onun qətlə yetirildiyini iddia edir.  Ailə üzvləri Musavat.com-a bildiriblər ki, 28 yaşlı Tahir Cabbarov Xızı rayonuunun Şurabad qəsəbəsində yerləşən rəng sexində işləyib. Dekabrın 15-dən ailə üzvləri onun əlaqə saxlamaq istəsələr də, Tahir Cabbarov zənglərə cavab verməyib. Dekabrın 16-sı axşam saatlrında isə ailəsi 28 yaşlı gəncin meyitini təhvil almaq üçün morqa çağırılıb. 


Məlum olub ki, Tahir Cabbarov Sumqayıt şəhərindəki travmatologiya xəstəxanasına yaralı vəziyyətdə gətirilib və orada dünyasını dəyişib. İşlədiyi sexdən Tahir Cabbarovun yıxılaraq xəsarət aldığı bildiriblər. Lakin Tahirin anası Bəsti Cabbarova oğlunu yıxılaraq ölməsinə inanmadığını bildirir: "Meyitə baxdıq, yalnız başının sağ tərəfində xəsarət var, qulağından qan gəlib. Bədənində başqa xəsarət yoxdur. Yıxılıbsa, hanı xəsarətlər?"


Tahir Cabbarovun hansı şəraitdə dünyasını dəyişdiyini Xızı rayon prokurorluğu araşdırır. Prokurorluqdan bildirilib ki, ailəsinin gəncin qətlə yetirilməsi ilə bağlı iddiası da araşdırılacaq. 

Məmməd
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR