İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan qəza barədə məlumat yayıb

4608 15.03.2014 12:11 Son xəbər A A
Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü qəza ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01.00 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi “VAZ-2106” markalı və Xalid Mədətovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
 
Nəticədə V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.
 
Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR