İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN qaçırdığı qızı və özünü yandıran şəxslə bağlı məlumat yaydı

2092 01.10.2014 13:55 Kriminal A A
Daxili İşlər Nazirliyi (DİN) Sumqayıt sakininin qaçırdığı qızı və özünü yandırması faktı ilə bağlı məlumat yayıb.

Məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi “Mercedes” markalı avtomobilə oturdaraq Bakı-Quba yolunun 40-cı kilometrliyinə aparıb.

Daha sonra aralarında baş vermiş münaqişə zəminində avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb. M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR