İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-in qarşısında baş verən hadisə zamanı polis əməkdaşı xəsarət alıb

1269 26.04.2022 22:54 Son xəbər A A

Bu gün saat 15 radələrində Daxili İşlər Nazirliyinin qarşısında orta yaşlı şəxs özünü yandırıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Musavat.com-a bildirilib ki, həmin şəxs üzərinə yandırıcı maye tökərək özünə od vurub:

"Polis əməkdaşlarının köməyi ilə alov söndürülüb. Bu zaman polis əməkdaşlarından biri əl və qol nahiyəsindən xəsarətlər alıb. Həmin şəxsi polis əməkdaşları söndürərək xəstəxanaya çatdırıblar. Onun evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb. O da buna etiraz əlaməti olaraq nazirliyin qarşısına gələrək intihara cəhd edib. Baş vermiş hadisə Daxili İşlər Nazirliyinin fəaliyyəti ilə əlaqədar deyil".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR