İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN-in idarə rəisi: "Narkotik istifadəçilərinin sayı qeydiyyatda olanlardan çoxdur”

461 06.07.2022 12:21 Kriminal A A

“Ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur”.

APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov yetkinlik yaşına çatmayanlar arasında narkotik və psixotrop maddələrdən istifadə dərəcəsinin qiymətləndirilməsi üzrə analitik hesabatın təqdimatı zamanı deyib.

O bildirib ki, bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur, narkotikə meyilli şəxslərin vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi prioritet məsələlərdəndir.

Qeyd olunub ki, son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı müəyyən edilib. 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb: "Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gənc, qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir. Buna görə narkomaniya ilə mübarizədə valideynlərin rolu böyükdür".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR