İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb

834 04.10.2018 14:05 Ölkə A A

Daxili İşlər Nazirliyi (DİN) bir ailənin 4 üzvünün öldüyü qəza ilə bağlı məlumat yayıb.

DİN-dən musavat.com-a verilən məlumata görə, oktyabrın 3-də saat 21 radələrində Bərdə rayonunun Mehdili kəndi ərazisində Goranboy rayon sakinləri Azər Vəliyevin idarə etdiyi “VAZ-21011” və Raqib Nuriyevin idarə etdiyi “Hovo” markalı avtomobillər toqquşub. Nəticədə A.Vəliyev və sərnişinləri - arvadı Rəna Rəcəbəliyeva, oğlu Rəvan və qayınanası Zeynəb Rəcəbəliyeva hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR