İnsanlara hürriyət, millətlərə istiqlal!

DİN Bakıdakı güllələnmə hadisəsi ilə bağlı məlumat yaydı

3484 09.01.2016 16:28 Kriminal A A
Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb. 

Musavat.com DİN-in saytına istinadən xəbər verir ki, yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsindəki işlədiyi mağazanın qarşısına gəlmiş qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib hadisə yerini tərk edib. E.Canatov xəstəxanaya yerləşdirilib.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Fəsədov tutulub, ondan “İJ-58” markalı tüfəng və 5 ədəd patron götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR