İnsanlara hürriyət, millətlərə istiqlal!

Dilqəm Əsgərov: "Mən Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxıb..."

5343 26.02.2015 12:50 Dünya A A
Bu gün Xankəndində azərbaycanlı girovların “apellyasiya məhkəməsi” keçirilib.

ANS PRESS-in məlumatına görə, "məhkəmə" zamanı girov Dilqəm Əsgərov verdiyi açıqlamalarla ermənilərə insanlıq dərsi keçib. Azərbaycanlı girov ona qarşı olan ittihamlara cavab verib:

"Bəli mən doğma torpaqlarımı görə bilmək üçün təmas xəttini keçmişəm. Kəlbəcər rayonuna 6-7 dəfə baş çəkmişəm. Mən Kəlbəcərə gələrkən rastıma çox kişi, qadın və uşaq çıxıb. Amma heç kəsə toxunmamışam. Hərçənd mənim belə bir imkanım var idi", - deyə Dilqəm Əsgərov söyləyib.

Çəkilişlərə gəlincə, Dilqəm Əsgərov bunda bir cinayət əlaməti görmədiyini söyləyib. Onun sözlərinə görə, bu videoların internetə yerləşdirilməsindən xəbərsizdir:

"Mənə belə ittihamlar edilir ki, sanki mən Bin Laden və ya Şamil Basayevəm", - deyə o bildirib.

Dilqəm Əsgərov yoldaşı Şahbaz Quliyevin də tamamilə günahsız olduğunu söyləyib. Azərbaycanlı girov qətllə bağlı ittihamları tamamilə inkar edib:

"Mən Şahbazı çoxdan tanıyıram. Onun günahsız olduğuna əminəm. Şahbaz Quliyev cinayət törədə biləcək adam deyil".

Dilqəm Əsgərov sonda bu qətl əməllərini törətmədiyini bildirib və azad olunmalarını tələb edib. O bildirib ki, ona ömürlük həbs cəzası verməkdənsə, yaxşısı budur güllələsinlər. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR