İnsanlara hürriyət, millətlərə istiqlal!

Diasporla İş üzrə Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxub

398 18.06.2020 17:45 Ölkə A A

Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və iki əməkdaşda virus aşkarlanıb. 

"Report" xəbər verir ki, bunu Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Vəsilə Vahidqızı deyib.

O bildirib ki, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır:

"Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Dövlət Komitəsinin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur. Hər kəsə, o cümlədən əməkdaşlarımıza can sağlığı arzu edirik".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR